Azərbaycan cüdoçusu Orxan Səfərov finalda!
Avropa Oyunlarında Azərbaycan cüdoçusu, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov yarımfinala çıxıb.
APA TV-nin xəbərinə görə, yarışlara 1/8 final mərhələsindən başlayan idmançımızın rəqibi Belarus yığmasının şərəfini qoruyan azərbaycanlı Arif Bağırov olub. Görüş Orxan Səfərovun qələbəsi ilə başa çatıb.
¼ finalda İsveçrə idmançısı Ludovik Çammartinə böyük üstünlüklə qalib gələn Səfərovun növbəti rəqibi ispan Fransisko Qarriqos olub. Cüdoçumuz xüsusi fənd işlədərək rəqibini vaxtından əvvəl məğlub edərək finala çıxıb. Bununla da Orxan Səfərov ən azı gümüş medalı təmin edib. Cüdoçumuzun finaldakı rəqibi Rusiya təmsilçisi Beslan Mudranov olacaq.