Manatın dizaynı dəyişəcəkmi?

Milli valyutanın dizaynının dəyişdirilməsi və yeni əskinazların buraxılması ilə bağlı qəti addımlar Mərkəzi Bankın bugünkü gündəliyinə daxil deyil. APA TV-nin məlumatına görə, Mərkəzi Bankın sədri Elman Rüstəmov hesab edir ki, gələcəkdə belə qərarların qəbul ediləcəyi istisna deyil: “Hələlik makroiqtisadi vəziyyətin bunun üçün nə vaxt əlverişli olacağı məlum deyil. Bu yalnız Milli Bankın müstəsna hüququ deyil, bu, Nazirlər Kabineti yanında Pul İslahatları Komitəsinin qərarı ilə edilir. Dövriyyəyə böyük nominallı banknotların buraxılması və bu halda bir manat nominallı sikkələrin buraxılması da istisna edilmir.” Onun sözlərinə görə, Mərkəzi Bank bu prosesə texniki cəhətdən hazır olmalıdı. Məqsəd manatın regionda yalnız ən stabil valyuta olmasına deyil, həm də təhlükəsizlik baxımından ən etibarlı olmasıdı. Zaman keçdikcə kiçik nominallı sikkələrin dövriyyədən çıxarılması probleminə gəlincə Elman Rüstəmov hesab edir ki, bazarda xırda pullara bu gün də ehtiyac var və Mərkəzi bank onların sifarişlə ölkəyə gətirilməsini davam etdirəcək. "Mərkəzi Bank müntəzəm olaraq ticarət obyektlərində monitorinqlər keçirir. Bu monitorinqlər kiçik nominallı sikkələrə tələbatın olduğunu göstərir. Manat güclənir, inflyasiya aşağı səviyyədədir, ona görə də buna ehtiyac yoxdur.”
 

Qeyd edək ki, ölkədə 1, 3 və 5 qəpikliklər qismən dövriyyədən çıxıb. Sözü gedən pullar yalnız iri supermarketlərdə istifadə edilir.

Müəllif | Apa.Tv