Teymur Məmmədov qızıl medal qazandı - VİDEO
Azərbaycan boksçusu, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Teymur Məmmədov Avropa Oyunlarının qızıl medalını qazanıb. İlk dörd döyüşünü rinqdən qalib ayrılan boksçumuz finalda İtaliya təmsilçisi Valentino Manfredonia ilə qarşılaşıb. Görüş Teymur Məmmədovun üstünlüyü ilə keçib, hər üç raunddan qalib ayrılan boksçumuz qızıl medal qazanıb. Qələbəni rəsmiləşdirdikdən sonra Azərbaycan bayrağını dalğalandıraraq rinq ətrafında dövrə vuran Teymur Məmmədovun triumfu tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, bu, Azərbaycan yığmasının 15-ci qızıl medalıdır. İdmançılarımız Avropa Oyunlarında ümumilikdə 44 medal qazanıblar.