Orxan Səfərov finalda uduzdu - GÜMÜŞ MEDAL
Azərbaycan cüdoçusu Orxan Səfərov Avropa Oyunlarının gümüş medalını qazanıb. Final görüşündə Rusiya təmsilçisi, dünya çempionatının gümüş mükafatçısı Beslan Mudranovla üz-üzə gələn cüdoçumuz qızıl medal şansını son 17 saniyədə itirib. Görüşün sonunda ayağından zədələnən Orxan Səfərov rəqibinə qarşı fənd işlətmək istəyərkən ippon xalı verib. Nəticədə cüdoçumuz Avropa Oyunlarında gümüş medalla kifayətlənməli olub.
Qeyd edək ki, Avropa Oyunlarında cüdo yarışlarına bu gün start verilib. Orxan Səfərovun medalı cüdo yığmamızın aktivinə yazılan ilk medaldır.