Bakı-2015: Sevil Bünyatova gümüş medal qazandı

Azərbaycan qılıncoynadanı Sevil Bünyatova qızıl medal qazanmaq şansını son anda əldən verib. Qılıncoynatma yarışlarının finalında polyak Anjelika Vatorla qarşılaşan Bünyatova 13-11 hesabı ilə irəlidə olsa da, rəqib hesabı bərabərləşdirməyə müvəffəq olub: 14-14. Görüşün taleyini dəqiq zərbə həll edib və zərbəni endirən polyak qılıncoynadan olub. 15-14 hesabı ilə məğlub olan Sevil Bünyatova gümüş medal qazanıb. Xatırladaq ki, Sevilin bacısı Sevinc Bünyatova da qılıncoynatma yarışlarında bürünc medal qazanıb. 

Müəllif | Apa.Tv
Apa.tv