Sevil Bünyatova: “Çox tələsdiyim üçün qızıl medal qazana bilmədim”
“Düzdür, uduzmuşam, amma gümüş medal qazandığım üçün də çox sevinirəm”. Bu fikirləri APA TV-yə açıqlamasında qılıncoynatma üzrə Azərbaycan yığmasının üzvü Sevil Bünyatova deyib.
Bakı-2015 I Avropa Oyunlarında qılıncoynatmanın sablya növündə mübarizə aparan idmançımız finalda polşalı Angelika Uotorə məğlub olaraq, ikinci yeri tutub. Buna baxmayaraq, Bünyadova gümüş mükafatı da uğurlu nəticə sayır: “Sevincimin həddi-hüdudu yoxdur. Yəqin ki, çox tələsdiyim üçün qızıl medal qazana bilmədim. Bu uğuru məşqçimə və ailəmə həsr edirəm”.
Sevilin əkiz bacısı Sevinc Bünyatova da sablya növündə bürünc medal qazandığı üçün özünü xoşbəxt hiss etdiyini deyib.