Ağdamda çörəkdən siçan çıxıb

Ağdamda mağazada alınan çörəkdən ölü siçan çıxıb. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, siçan cəsədi rayonun Əhmədağalı kənd sakini İsfəndiyar Məmmədov sözügedən kənddəki dükandan aldığı çörəkdə aşkarlanıb.

 

İlk dəfədir ki, belə halla rastlaşdığını deyən İsfəndiyar Məmmədovun sözlərinə görə, çörəyi həmişə eyni dükandan alır. Amma bu dəfə süfrəyə xoş əhvalla əl uzatmaq onlara nəsib olmayıb.

 

Çörəyin alındığı mağazadan APA TV-yə bildiriblər ki, onlar çörək və un məmulatlarını şifahi razılaşma əsasında Bərdədən səyyar şəkildə almaqla gətirirlər.

 

Daxili İşlər Nazirliyinin "102 - qaynar xətti"nə zəng edən şikayətçinin müraciətinə əsasən Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv