"Rabitəbank"dan Silahlı Qüvvələr Gününə özəl aksiya!
"Rabitəbank" ASC, 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Silahlı Qüvvələrinin bütün əməkdaşlarına şamil olunan xüsusi aksiyaya start verir.
APA TV-nin xəbərinə görə, aksiya çərçivəsində "Rabitəbank"a 10 000-dək nağd pul krediti üçün müraciət edən bütün şəxslər komissiya xərclərindən azad edilir.
"Bildiyiniz kimi, 22 il ərzində kiçik və orta biznesin tərəfdaşı əsas tərəfdaşı olan "Rabitəbank" mütəmadi olaraq silahlı qüvvələrin eləcə də digər dövlət qulluqçularının özəl günlərində onlara yönəlik xüsusi endirim kampaniyaları təşkil edir. Belə endirim kompaniyalarından biri də 26 iyun - Silahlı Qüvvələr günü münasibətilə Silahlı Qüvvələrin bütün əməkdaşları üçün nəzərdə tutulmuş 0 faiz komissiya ilə nağd pul krediti kompaniyasıdır. Kampaniyanın müddəti 22 iyun-3 iyul tarixlərini əhatə edir. Kampaniyada yararlanmaq istəyən bütün silahlı qüvvələrin əməkdaşları Rabitə Bankın istənilən filialına müraciət edərək 10 minədək nağd pul kreditlərini əldə edə bilərlər. "Rabitəbank" olaraq bütün Silahlı Qüvvələrin əməkdaşlarını təbrik edirik. Onlar üçün yaratdığımız bu fürsətdən istifadə etməyə dəvət edirik".
0% komissiyadan faydalanmaqla krediti rəsmiləşdirmək üçün Silahlı Qüvvələrin əməkdaşları "Rabitəbank"ın Azərbaycanın əksər regionlarında və paytaxt Bakıda fəaliyyət göstərən 2 şöbə və 22 filial şəbəkəsinə şəxsiyyət vəsiqəsi ilə müraciət etmələri kifayətdir. İş yerindən arayışı isə bütün filiallarda quraşdırılmış elektron hökumət portalı vasitəsilə bankdan uzaqlaşmadan əldə edə bilərlər.
Kampaniyanın şərtləri, faiz dərəcələri və "Rabitəbank"ın təqdim etdiyi digər kredit məhsulları haqqında daha ətraflı məlumat almaq üçün 133 Məlumat Mərkəzi ilə əlaqə saxlamaq olar.
Qeyd edək ki, 1993-cü ildən etibarən ölkədə fəaliyyət göstərən "Rabitəbank" ASC 22 il ərzində kiçik və orta biznesin əsas tərəfdaşı kimi həm fiziki, həm də hüquqi şəxslərə müxtəlif istiqamətlərdə maliyyə xidmətlərini təqdim etməklə bazarda öz mövqeyini qoruyub saxlamaqdadır.