Boksçumuz Yana Alekseyevna bürünc medal aldı

Bakı-2015 I Avropa Oyunlarında boksçular mübarizəni davam etdirir.

 

APA TV-nin məlumatına görə, 60 kq çəki dərəcəsində inamla irəliləyən Yana Alekseyevna yarımfinalda olduqca çətin rəqiblə qarşılaşıb.

 

Təmsilçimiz Olimpiya çempionu, dörd dəfə dünya və beş dəfə Avropa çempionatının qalibi Keti Teylorla (İrlandiya) döyüşüb. Gərgin keçən qarşılaşma daha təcrübəli rəqibin çətin qələbəsi ilə yekunlaşıb. Bakı-2015-in beynəlxalq idman elçisi olan irlandiyalı boksçu 2:1 hesabı ilə qalib gəlib.


Alekseyevna yarımfinalda mübarizəni dayandırdığından, bürünc medalla kifayətlənib. Bu, boks komandamızın 5-ci, ümumilikdə Azərbaycan millisinin 47-ci mükafatı olub.

Müəllif | Apa.Tv
Apa.tv