Azad Rəhimov: "Azәrbaycan komandası zәfәr günlәrini yaşayır"

"Böyük idman tədbirlərinin keçirilməsi özlüyündə Olimpiya oyunlarına aparan yoldur". APA TV-nin məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov deyib.

 

Nazirin sözlərinə görə, Azərbaycan 2016 və 2020-ci illərdə Olimpiya Oyunlarına iddia edib: "Avropa Oyunları da ölkəmizin hazırlığını göstərmək üçün yaxşı fürsətdir. Bildiyiniz kimi, Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edəcəyik. Şahmat Olimpiadasını yüksək səviyyədə keçirməyə çalışacağıq. Azərbaycanda "Formula 1" yarışı da keçiriləcək".

 

Azad Rəhimov qeyd edib ki, İslam Həmrəyliyi Oyunları, 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun Azərbaycanda keçirilməsinə qərar verilməsi ölkənin müxtəlif sahələr üzrə hazırlığı nümayiş etdirməsi üçün yaxşı fürsətdir: "Azərbaycanın 2024-cü il Yay Olimpiya Oyunlarını keçirmək üçün müraciət etməsi ilə də bağlı məsələ var, yekun qərarı dövlət başçısı verəcək. Sentyabrın 15-dək vaxtımız var ki, vəziyyəti dəyərləndirək. Bundan sonra qərar veriləcək, hələlik qərar yoxdur".

 

Azad Rəhimov hesab edir ki, I Avropa Oyunlarında təmsil olunan Azәrbaycan komandası zәfәr günlәrini yaşayır. 12 gün әrzindә Azәrbaycanın reytinqdә 2-ci yerdә qərarlaşması da bunu sübut edir: "Sevinirik ki, bu yer indiyәdək bizdәdir. Dünәn 1 qızıl, 2 gümüş, 3 bürünc qazanmışıq. Әnәnәvi idman növlәri sahәsindә gözlәnilәn nailiyyәtlәrdәn savayı, dünәn qılıncoynatmada böyük qәlәbә oldu. Bünyatova bacılarının nailiyyәti bizi sevindirdi. Növbәti sevindirici mәqam tamaşaçıların marağıdır. İdman qurğularında yerlәrin 70-80 faizi tutulub. Tamaşaçılar bilet alıb oyunları izləyirlər. Yeni idman mәdәniyyәti formalaşır".

 

Qeyd edək ki, oyunlar 61 kanal vasitәsilә dünyanın 145 ölkәsinә yayımlanır. 824 milyon mәnzildә bu oyunlar izlәnilir. Açılış mәrasimi isə 120 ölkәdә canlı yayımlanıb və bu da yayım saatları baxımından tәxminən Soçi Olimpiya oyunları ilә eynidir.

 

Eyni zamanda ötən gün gәnclәr arasında üzgüçülük sahәsindә dünya rekordu qırılıb.

 

Hazırda 253 medal komplektindәn 194 medal qazanılıb. 59 dәst medal isə qarşıdakı iki gün әrzindә idmançılara tәqdim olunacaq.

Müəllif | Apa.Tv