Boksçumuz Albert Səlimov finalda!

Azərbaycan boksçusu Albert Səlimov I Avropa Oyunlarının finalına vəsiqə qazanıb.

 

APA TV-nin xəbərinə görə, 60 kq çəki dərəcəsində mübarizə aparan təcrübəli boksçumuz yarımfinalda gənc rəqibi Sin Makkombu (İrlandiya) sınağa çəkib.

 

Bundan öncə 2 rəqibini mübarizədən kənarlaşdıran idmançımız finala gedən yolun son görüşündə də qələbə seriyasını davam etdirib. O, layiqli döyüş sayəsində 3:0 (29:28; 30:27; 29:28) hesabı ilə qalib gəlib və  finalda iştirak hüququ qazanıb.

 

Rio Olimpiadasına lisenziyanı təmin edən Səlimov həlledici görüşdə Sofian Oumina (Fransa) - Mateuş Polski (Polşa) cütünün qalibi ilə qüvvəsini sınayacaq.

Müəllif | Apa.Tv
Apa.tv