Daha bir boksçumuz finala vəsiqə qazandı

Birinci Avropa Oyunlarında daha bir boksçumuz finala vəsiqə qazanıb.

 

APA TV-nin xəbərinə görə, 69 kq çəki dərəcəsində mübarizə aparan qızıl medal ümidimiz Pərviz Bağırov da finala vəsiqə üçün döyüşüb.

 

Onun yarımfinaldakı rəqibi böyük britaniyalı Joş Kelli olub. Avropa çempionumuz bu dueldən də qalib ayrılıb. Rəqibinə heç bir şans verməyərək, 3:0 (29:28; 30:27; 30:27) hesabı ilə qələbə qazanan Bağırov finala vəsiqəni təmin edib.

 

Həmyerlimiz çempionluq üçün rusiyalı Aleksandr Besputinlə üz-üzə gələcək. Bu döyüş sabah saat 19:15-də olacaq.

Müəllif | Apa.Tv
Apa.tv