Primakov öldü

Rusiyanın keçmiş hökumət rəhbəri və xarici işlər naziri Yevgeni Primakov vəfat edib.

 

APA TV-nin "Lenta.ru"ya istinadən verdiyi məlumata görə, o, uzun sürən xəstəlikdən sonra, 86 yaşında dünyasını dəyişib.


Yevgeni Primakovun vəfatı ilə bağlı Rusiya prezidenti Vladimir Putin onun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.


Primakov 1991-1996-cı illərdə Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsində də çalışıb. Daha sonra xarici işlər naziri olub. 1998-1999-cu illərdə o, baş nazir postunu tutub. 2001-2011-ci illərdə isə Rusiyanın Ticarət-Sənaye Palatasına rəhbərlik edib.

 

Müəllif | Apa.Tv
Apa.tv