Xaybula Musalov da finala çıxdı!

Azərbaycan boksçusu Xaybula Musalov Avropa Oyunlarının finalına vəsiqə qazanıb.

 

APA TV-nin xəbərinə görə, o, yarımfinalda Macarıstan təmsilçisi Zoltan Harksa ilə münasibətlərinə aydınlıq gətirib.

 

Boksçumuzun üstünlüyü şəraitində keçən qarşılama növbəti qələbəmizlə başa çatıb. Rəqibini 2:1 (29:28; 29:28; 27:30) hesabı ilə məğlub edən Musalov da finala yüksəlib.

 


O, iyunun 27-də saat 19:15-ə təsadüf edəcək həlledici görüşdə Mixael O Reylli (İrlandiya) ilə gücünü yoxlayacaq.

Müəllif | Apa.Tv
Apa.tv