Abdulqadir Abdullayev də finalda!

Azərbaycanın ən ağır çəkili boksçusu Abdulqadir Abdullayev də Avropa Oyunlarının finalında döyüşəcək.

 

APA TV-nin xəbərinə görə, 91 kq çəki dərəcəsində mübarizə aparan Abdulqadir bu gün çempionluq yoluna davam etmək üçün rusiyalı Sadam Maqomedovlə döyüşüb. Rəqibi üzərində 3:0 hesablı (29:28, 29:28, 29:28) qələbə qazanan Abdullayev finala vəsiqə əldə edib.

 

O, həlledici görüşdə Ukraynanı təmsil edən Gevorq Manukyanla döyüşəcək. Bu görüş sabah saat 19:45-də başlayacaq.

Müəllif | Apa.Tv
Apa.tv