Azərbaycanın 17-ci qızıl medalı Lorenzo Sotomayordan!
Azərbaycanın boks yığması Avropa Oyunlarında daha bir qızıl medal qazanıb. 64 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz Lorenzo Sotomayor uğurlu çıxışını final görüşündə də davam etdirib. Finala qədər rinqə çıxdığı dörd görüşdə qalib gələn Kuba əsilli idmançımız həlledici döyüşdə italyan Vinçenzo Manqiakapre ilə üz-üzə gəlib. Lorenzo Sotomayor hər üç raundda rəqibindən üstün olub və 3:0 hesabı ilə inamlı qələbə qazanıb. Bu, boksçularımızın 3-cü, Azərbaycan yığmasının isə sayca 17-ci qızıl medalıdır. Bu medal sayəsində Azərbaycan idmançılarının Avropa Oyunlarında qazandığı medalların sayı 50-yə çatıb.