Elvin Məmişzadə: “Qələbəmi səngərdəki yoldaşlarıma həsr edirəm”

“Rəqibimi əvvəlcədən tanıdığım üçün döyüş mənim üçün normal keçdi. Asan qələbə qazandım. Finalda keçirdiyim görüş əvvəlkilərdən asan oldu”. Bu fikirləri I Avropa Oyunlarının qızıl mükafatçısı Elvin Məmişzadə deyib.

 

Qızıl medal qazanmış boksçumuz uğurunu ailəsinə və əsgərlərə həsr etdiyini bildirib:

 

“Bildiyiniz kimi, bu gün Azərbaycanın Silahlı Qüvvələr Günüdür. Buna görə qələbəmi ilk öncə ailəmə, sonra isə səngərdə olan yoldaşlarımıza həsr edirəm”.

 

Qeyd edək ki, Elvin Məmişzadə boksçuların yarışında 52 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb. 

Müəllif | Apa.Tv
Apa.tv