Paracüdoçumuz Səbinə Abdullayeva gümüş medal qazandı

Azərbaycan paracüdoçusu Səbinə Abdullayeva Avropa Oyunlarının gümüş mükafatçısı olub. 1/4 finalda İspaniya təmsilçisi Maria Merensiano ilə qarşılaşan idmançımız rəqibinə ipponla qalib gəlib. Paracüdoçumuz yarımfinalda Natalya Nikolayçikdən üstün olaraq finala çıxıb. Final görüşü Səbinə Abdullayeva üçün arzuolunan şəkildə keçməyib. Ukrayna idmançısı İnna Çernyaka məğlub olan paracüdoçumuz gümüş medalla kifayətlənib. 

Müəllif | Apa.Tv
Apa.tv