Qarabağ qazisi İlham Zəkiyev qızıl medal qazandı - VİDEO
Azərbaycan paracüdoçusu İlham Zəkiyev Avropa Oyunlarının qızıl medalını qazanıb. Paralimpiya Oyunlarının qalibi, “Bakı-2015”in məşəlçisi olan İlham Zəkiyev mübarizəyə yarımfinaldan başlayıb. Finala gedən yolda yunan paracüdoçu Klimis Papaçristosu 27 saniyəyə ipponla məğlub edən idmançımız finala yüksəlib. Qızıl medallar uğrunda görüşdə Ukrayna idmançısı Aleksandr Pominovla qarşılaşan paracüdoçumuz çempionluq döyüşünü 124 saniyəyə yekunlaşdırıb.
İlham Zəkiyevin medalı Azərbaycan idmançılarının Avropa Oyunlarında qazandığı sayca 18-ci qızıl medaldır. Hazırda ölkəmizin komanda hesabında 52 medal var.