Lorenzo Sotomayor: “Şadam ki, Azərbaycanın bayrağını qaldırdım”

“Döyüş mənim düşündüyüm kimi normal keçdi. O qədər də çətin olmadı”. Bu fikirləri Avropa Oyunlarının qızıl mükafatçısı, boks üzrə Azərbaycan yığmasının üzvü Lorenzo Sotomayor deyib.

 

Sotomayor çempionluğa layiq olduğunu bildirib: “Çempion olduğum üçün çox sevinirəm. Mən buna layiq idim. Şadam ki, məni belə dəstəkləyən Azərbaycanın bayrağını qaldırdım. Məşqçimin əziyyəti çox olub. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm”.

 

Xatırladaq ki, I Avropa Oyunlarında 64 kiloqram çəki dərəcəsində gücünü sınayan təmsilçimiz finalda italiyalı Vinçenzo Manqiakapreyə qalib gələrək qızıl medal qazanıb.

 

Müəllif | Apa.Tv