Zakir Mislimov: “Zədəli olsam da, qələbə üçün əlimdən gələni etdim”

“Görüşlərə çıxmazdan əvvəl zədəli idim. Buna görə yarışlar mənim üçün çox çətin oldu. Amma əlimdən gələni edib qələbə qazandım. Qələbəmə görə çox sevinirəm”. Bu fikirləri Azərbaycan paracüdoçusu, Avropa Oyunlarının bürünc mükafatçısı Zakir Mislimov deyib.

 

O yarışlara yaxşı hazırlaşdıqlarını vurğulayıb: “Bu yarışa yaxşı hazırlaşmışdıq. İlham da qızıl medal qazandı. Mən də üçüncü oldum. Əla nəticədir. 90 kiloqramdan yuxarıda çəkidə ən yüngül çəkili mən idim. Buna baxmayaraq döyüşdüm, güləşdim, əlimdən gələni etdim və qələbə qazandım. Məğlub olduğum idmançı çox güclü idmançıdır. Üç dəfə paralimpia oyunlarının iştirakçısı olub. Dəfələrlə Avropa mükafatçısı olub. Dünya kubokunun sahibi olub. Yəni dördüncü dəfə idi onunla qarşılaşırdım. Mən zədəli idim. Həkimlər görüşə çıxmağa icazə vermirdilər. Buna baxmayaraq, mən hazırlaşdım, Özümü topladım və bu yarışda iştirak elədim”.

 

Xatırladaq ki, Zakir Mislimov paracüdo yarışlarında yarımfinalda uduzaraq bürünc medal qazanıb. 

Müəllif | Apa.Tv