İŞİD Fransada baş kəsib fabrikin qapısından asdı
İŞİD terror təşkilatı fransızları dəhşətə salan terror aktı törədib. APA TV-nin məlumatına görə, ölkənin qərbindəki Lyon şəhərindəki qaz fabrikində bir nəfərin başı kəsilib.
ABŞ-ın “Air Product” adlı şirkətinə məxsus qaz fabrikinə girən iki naməlum şəxs az təsirə malik partlayıcıları partladıblar. Bu hücumdan sonra hadisə yerinə gələn polis bir nəfərin başsız meyitini tapıb. Hücum zamanı çox sayda insanın yaralandığı açıqlanıb. “France Presse” agentliyinin məlumatına görə, kəsilən başın üzərində ərəb dilində yazılar olub. Baş fabrikin qapısından asılıb. Dərhal əməliyyata başlayan fransız polisi artıq şübhəli şəxs qismində bir nəfəri yaxalayıb.
Brüsseldə Avropa İttifaqının zirvə toplantısında iştirak edən prezident Fransua Olland dərhal ölkəsinə dönməyə qərar verib. O, hücumçuların əsl niyyətinin böyük partlayış törətmək olduğunu deyib və bu hadisəni terror aktı adlandırıb.