İŞİD Küveytdə şiə məscidini partlatdı: 13 ölü, 50 yaralı

Küveytdə  şiələrə məxsus məsciddə partlayış olub. APA TV-nin məlumatına görə, terror hadisəsi şiələrə məxsus “İmam Sadiq” məscidində törədilib.

 

Kütləvi cümə namazı zamanı məscidə girən kamikadze üzərindəki bombanı işə salıb. Nəticədə 13 nəfər ölüb, 50 nəfər isə, yaralanıb.

 

Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. Hüquq-mühafizə orqanları kamikadzenin kimliyini də müəyyən ediblər. Bu, İŞİD üzvü Əbu Süleyman əl-Müşaheddir.

 

Partlayışdan sonra Küveytin əmiri Sabah əl-Əhməd əl-Cəbr əs-Sabah hadisə yerinə gəlib.

 

Qeyd edək ki, Küveyt şiə-sünni təriqət savaşına sürüklənən yeganə İslam ölkəsi deyil. İraq, Suriya, Yəməndə də məscidlər partladılır. Bir çox partlayışlara görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

 

Müəllif | Apa.Tv
Apa.tv