ABŞ-da eynicinslilərin nikaha girməsinə icazə verildi

ABŞ Ali Məhkəməsi eynicinslilərin nikaha girməsinin leqallaşdırılması barədə qərar qəbul edib.

 

APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, qanun bütün ştatlarda qüvvəyə minib.

 

Məhkəmə üzvlərinin 4 "yox" cavabına qarşı, 5 nəfər buna müsbət yanaşdıqlarını bildiriblər. Bundan əvvəl 50 ştatın 37-də eynicinslilər nikaha girə bilirdi.

 

Prezident Barak Obama məsələyə "Twitter" vasitəsilə münasibət bildirib. Ağ Ev rəhbəri bunu vətəndaşların bərabərlilik hüququ baxımından mühüm bir addım olduğunu bildirib. Obama fikirlərini "sevgi qazandı" cümləsi ilə bitirib.

Müəllif | Apa.Tv
Apa.tv