Saymon Kleq: “Bağlanış mərasiminə hazırlıq yüksək səviyyədə gedir”

"İyunun 26-da 23 370 tamaşaçı oyunları 9 mәkanda izlәyib”. APA TV-nin xəbərinə görә, bunu Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib.

 

O bildirib ki, 217 medal dәsti artıq tәqdim olunub, 27 dәst medal isə bu gün öz sahibini tapacaq: "Bu gün velosiped yarışı keçirilmәyәcәk. Sәbәb külәyin sürәtinin yüksәk olmasıdır. Bağlanış mәrasimi ilә əlaqədar hazırlıq işlәri yüksәk səviyyədə gedir. Sabah da 5 idman növü üzrә finallar keçirilәcәk. 29 iyunda 2000-dәn çox insan Azәrbaycanı tәrk edәcәk. Ümid edirәm ki, bu günlәr ölkәni tәrk edәn hәr bir əcnəbinin xatirәsindә gözәl gün kimi qalacaq".

 

Sosial şəbəkələrdə bağlanış mərasiminə biletlərin yenidən satılması barədə xəbərdar olduqlarını deyən Saymon Kleq bildirib ki, belə hallar yolverilməzdir və hazırda müvafiq qurumlarla әmәkdaşlıq edәrәk bunun qarşısını almağa çalışırlar.

 

O, ötən gün mükafatlandırma mərasimində Rusiya himni səslənərkən ukraynalı idmançının Rusiya bayrağına tərəf üzünü çevirməməsindən xəbərdar olmadığını söyləyib. Bildirib ki, bütün hallarda bu hörmәtsizlikdir və sözügedən məsələyə diqqət yetiriləcək.

 

Avropa Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva isə hesab edir ki, Avropa Oyunları ölkəmiz üçün böyük nailiyyətdir. O, ölkənin bu pilləni qoruyub saxlayacağına ümid etdiyini və oyunların Azərbaycanın idman tarixinә qızıl hәrflәrlə yazılacağını deyib.

 

MOK rəsmisi ötən gün azərbaycanlı boksçu Məhəmmədrəsul Məcidovun bürünc mükafatı almaq üçün səhnəyə çıxa bilməməsi məsələsinə də aydınlıq gətirib: "Dünən bir az problemi var idi. Amma indi hər şey yaxşıdır. Tezliklə məşqlərə başlaya biləcək. Həmçinin digər idmançılarımızın da hamısının vəziyyəti yaxşıdır. Yarışlar davam edir. Ümid edirəm ki, medallarımızın sayı artacaq".

Müəllif | Apa.Tv
Apa.tv