Amerikalı politoloq: "ABŞ silahlanma yarışında Rusiyaya uduzur"

"Rusiya ilə ABŞ arasında silahlanma yarışı davam edir, görünən isə odur ki, Vaşinqton bu yarışda uduzur".

 

APA TV-nin məlumatına görə, bu barədə amerikalı araşdırmaçı Devid Endelman "USA Today" nəşrinə yazdığı məqalədə bildirib.


Endelmanın fikrinə görə, yeni silahlanma yarışı daha geniş və bahalı formatda gedir, buna görə də əvvəlki dövrlərə nisbətən indiki halda prosesin potensial təhlükəsi daha yüksəkdir. Rusiya və Çinin hərbi büdcələrini artırdığı bir zamanda ABŞ-ın xərcləri azaltması bunu təsdiqləyir. "İndiki halda bizim uduzmağımız faktdır" - deyə ekspert bildirib.

Araşdırmaçı Moskvada Böyük Vətən Müharibəsində qələbənin 70 illik yubileyi ilə bağlı keçirilən paradı yada salıb. "Rusiya bu tədbirdə özünün ən yeni silahlarını, hərbi texnikasını nümayiş etdirmədi. Rus arsenalı yeni Miq-35 qırıcıları, qanadlı raketlərə qarşı "Pantsir-S1" zenit kompleksləri, 1239 "Sivuç" raketdaşıyan gəmilər, radara görünməyən sualtı qayıqlarla daha da gücləndirilib".


Endelman bildirib ki, bu onu deməyə əsas verir ki, yaxın 5 il ərzində Rusiyanın hərbi texnikasının 70 faizi tamamilə yenilənəcək. "Əgər qərb Rusiya və İrana qarşı sərt sanksiyalar tətbiq edirsə, onlar buna nə üçün reaksiya verməməlidirlər? Onlar təbii ki, cavab verəcəklər. Bu isə çox pis nəticələr verə bilər" - deyə Endelman bildirib.

Müəllif | Apa.Tv
Apa.tv