Albert Səlimov finalda qalib gəldi: 19-cu qızıl medal!

Avropa Oyunlarında boks yarışlarına bu gün yekun vurulur.  Yarışların sonuncu günündə boks yığmamız daha bir qızıl medal qazanıb. 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Albert Səlimov final mərhələsində Fransa təmsilçisi Sofian Oumina ilə qarşılaşıb. İlk raund bərabər səviyyədə keçsə də, ikinci və üçüncü raundlarda Albert Səlimov rəqibindən üstün olub və Avropa Oyunlarının qızıl medalına sahiblənib. Bununla da boksçularımızın Avropa Oyunlarında qazandığı qızıl medalların sayı 4-ə çatıb. Albert Səlimovdan öncə Teymur Məmmədov, Elvin Məmişzadə və Lorenzo Sotomayor öz çəki dərəcələrində qızıl medal qazanıblar. 

Müəllif | Apa.Tv
Apa.tv