19:03 6 sentyabr 2013 1335
Ana səhifə Xəbərlər

Maşın atı vurdu, at da adamı

Qəbələdə ölümlə nətiocələnən yol nəqliyyat hadisəsi baş verib. Sentyabrın 5-də saat 21.10 radələrində Qəbələ rayonu Bunut kəndinin ərazisində Bakı şəhər sakini Ağamir Quliyev idarə etdiyi “Mercedes” markalı avtomaşınla yolun hərəkət hissəsində dayanmış atı vurub. Daha sonra at yolun əks istiqamətində Vəndam qəsəbə sakini, 1976-cı il təvəllüdlü Seymur Nəbiyevin idarə etdiyi “VAZ-2106” markalı avtomaşına dəyib.

 

Nəticədə Seymur Nəbiyev hadisə yerində ölüb. Faktla bağlı baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv

Kodu kopyalayın