Xaybula Musalov finalda məğlub oldu – GÜMÜŞ MEDAL
Avropa Oyunlarında Azərbaycan boks yığmamızın üzvü, 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Xaybula Musalov finalda məğlub olub. Həlledici mərhələyə yüksələn idmançımız finalda İrlandiya təmsilçisi Maykl O Reyli ilə qarşılaşıb. İrlandiyalı boksçu daha yaxşı çıxış edərək Avropa Oyunlarının qalib olub.
Azərbaycanın boks yığması Avropa Oyunlarını 11 medalla başa vurub. Boksçularımız 6 qızıl, 1 gümüş, 4 bürünc medal qazanıblar.