Keçmiş polis borc üstündə qadını öldürdü

45 yaşlı Nazilə Əmrahovanın meyiti bu gün səhər saatlarında Bülbülə qabiristanlığının yaxınlığındakı Şor gölünün ərazisində aşkar edilib. APA TV-nin xəbərinə görə, qadının bədəninin müxtəlif nahiyələrində coxsaylı kəsicı və deşiçi xəsarət aşkarlanıb. Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları dərhal hadisə yerinə yollanıblar. Qətlə yetirilənin kimliyi müəyyən olunandan sonra hadisənin 43 yaşlı Zeynal Sadıqov tərəfindən törədildiyi müəyyən olunub.

 

İlkin ehtimala, görə Zeynalla Nazilə bir necə vaxtdır tanış olublar. Mərhumun Sadıqova borcunun olduğu bildirilir. Zeynal dəfələrlə qadına borcunun qaytarılmasını tələb edib. Bu gün səhər saatlarında isə görüşüblər. Mübahisə  Nazilə Əmrahovaya məxsus avtomobildə yaranıb. Ehtimala görə bıcaqla ilk zərbə də qadına maşında vurulub. Hadisənin dəqiq baş vermə səbəbi  istintaqın sonunda  məlum olacaq. 

 

Qeyd edək ki, Zeynal Sadıqov əvvəllər Dövlət Yol Polisində çalışıb.

Müəllif | Apa.Tv