Bakıda "Oyunlar zolağı" məhdudiyyəti iyulun 1-dək qüvvədə qalacaq

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

 

İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda digər avtomobillərin hərəkəti üçün qoyulan qadağa iyulun 1-də götürüləcək.

 

Vaqif Əsədov sürücülərə müraciətində Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda hərəkət etməməyi tövsiyə edib.

 

Müəllif | Apa.Tv
Apa.tv