Siyəzən sakinini ilan sancdı
Siyəzən sakinini ilan sancıb. APA TV-nin xəbərinə görə, hadisə dünən axşam saatlarında qeydə alınıb.
Siyəzən rayonunun Gil-gilçay kənd sakini, 1971-ci il təvəllüdlü Əliyeva Nüşabə İgidal qızını ilan ayağında sancıb. O, dərhal Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
İlkin tibbi yardımdan sonra o, Bakıya göndərilib.