Samuxda 24 yaşlı gənci maşın vurdu

Samuxda maşın piyadanı vurub öldürüb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə saat 01:00 radələrində rayonun Qarayeri qəsəbəsində qeydə alınıb.

 

Qəsəbə sakini, 24 yaşlı Əli Əliyev yolu keçmək istəyərkən həmyerlisi, 31 yaşlı Teymur Hacıyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil tərəfindən vurulub. Əli Əliyev hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.  

 

Müəllif | Apa.Tv
Azər Məmmədli