Tanınmış meyxanaçı Vahid Qədim axtarışa verildi

Azərbaycanın tanınmış meyxanaçısı axtarışa verilib. APA-nın məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin saytında məlumat yerləşdirilib.

 

Məlumatda qeyd olunur ki, 1973-cü il təvəllüdlü Vahid Ağabala oğlu Səfərov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir.

 

Meyxana aləmində Vahid Qədim kimi tanınan Vahid Səfərov bu ilin yanvarından axtarışa verilib.

 

Müəllif | Apa.Tv
Apa.tv