Prezident İlham Əliyev Kəmaləddin Heydərov və Azad Rəhimovu mükafatlandırdı

Azərbaycan prezidenti İlham Əliyev I Avropa Oyunları qaliblərinin və Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.


APA-nın məlumatına görə, təltif olunanlar arasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov və gənclər və idman naziri Azad Rəhimov da var.

 

Kəmaləddin Heydərov Azərbaycan prezidentinin sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, Azad Rəhimov isə "Şöhrət" ordeni ilə təltif olunub.   

 

Müəllif | Apa.Tv
Apa.tv