Qusarda 70 yaşlı kişi öldürüldü

Qusar rayonunda qətl hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar rayonunun Çiləgir kəndində yaşayan 1945-ci il təvəllüdü Ramiz Gülməmməd oğlu Verdiyev ov silahından açılan güllə yarasından sonra dünyasını dəyişib.


İlkin araşdırmalar zamanı qətlin 1967-ci il təvəllüdü Eynullah Cahangir oğlu Hacıyev tərəfindən törədildiyi müəyyənləşdirilib. Qətli törədən şəxs hadisə yerindən qaçıb.

 

Hazırda qətli törətməkdə təqsirli bilinən E.Hacıyevin axtarışları davam etdirilir.

 

Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv