Samux sakini özünü bıçaqladı

Samux sakini özünü bıçaqlayıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Əhmədbəyli kəndində qeydə alınıb.

 

Kənd sakini, 1986-cı il təvəllüdlü Kənan İsmayılov bıçaqla qarın nahiyəsinə zərbə endirib. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildiriblər.

 

Məlumata görə, K.İsmayılov ailə üzvləri ilə mübahisə etdikdən sonra özünü bıçaqlayıb.

 

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv