Kəmaləddin Heydərov Göyçayda vətəndaşları qəbul etdi
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov iyunun 30-da Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, nazir Göyçay, Ucar, Zərdab, Kürdəmir rayonlarının sakinlərinin, habelə həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşan məcburi köçkünlərin müraciətlərinə baxıb.
Nazirliyin müvafiq struktur rəhbərlərinin, rayonların fövqəladə hallar komissiyaları sədrlərinin iştirakı ilə keçirilən qəbul zamanı edilən müraciətlərin əksəriyyəti işə qəbul, qəzalı vəziyyətdəki evlərin təmiri və digər məsələlərlə bağlı olub.
K.Heydərov, nazir müavinləri və struktur rəhbərləri tərəfindən vətəndaşların müraciəti dinlənilib, onların bir qismi yerində həllini tapıb.
Nazir vətəndaşların qaldırdıqları məsələlərin qanunauyğun və operativ həll edilməsi üçün əlaqədar qurumların rəhbərlərinə müvafiq göstərişlər verib.