Yunanıstanda faktiki defolt - AÇIQLANDI
Yunanıstanın maliyyə naziri Yanis Varufakis Beynəlxalq Valyuta Fonduna 1,6 milyard avro borcun ödənilməyəcəyini açıqlayıb.
APA TV-nin xəbərinə görə, Fondun terminologiyasında bu, “gecikmə” adlansa da, faktiki defolt hesab olunur.
Nazir əlavə edib ki, Avropa İttifaqı və Beynəlxalq Valyuta Fondu ilə Yunanıstana maliyyə yardımı proqramına dair razılaşma əldə olunacağına ümid edir. Əgər bu razılaşma olmasa, Yunanıstan daha kredit ala bilməyəcək. Alınacaq kreditlərin tam şəkildə Beynəlxalq valyuta Fondu və Avrozonadakı tərəfdarlara olan borcların silinməsinə sərf olunacaq. Yunanıstanın dövlət borcu ümumi daxili məhsulun 170 faizinə bərabərdir.
Beynəlxalq Valyuta Fonduna borcun vaxtında ödənilməməsi gcikmə hesab olunacaq, bunu fondun rəhbəri Kristin Laqard rəsmən təsdiqləməlidir. Fond gecikmə faktını təsdiqləsə, bu, artıq defolt deməkdir.