Fransada aeroport işçiləri tətil edəcək
Fransada hava limanı dispetçerləri iyulun 2-3-də tətil keçirəcəklər.
APA TV-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə dispetçerlərin Həmkarlar İttifaqı təşkilatı (SNCTA) bildirib.
Məlumatda qeyd olunur ki, Fransanın Mülki Aviasiya İdarəsi və digər müvafiq instansiyalarla aparılan danışıqlar heç bir nəticə verməyib.
Tətil ölkədə kütləvi məzuniyyət dövrünün başlanmasına təsadüf edir. Bu səbəbdən Mülki Aviasiya İdarəsi aviaşirkətlərə tətil günləri uçuşların azaldılmasını təklif edəcək.