İndoneziyada təyyarə qəzasında ölənlərin sayı 140-ı keçdi
İyunun 30-da İndoneziyada “Hercules C-130B” hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 141-ə çatıb. APA-nın xəbərinə görə, bu barədə “Detik News” məlumat yayıb.
Təyyarənin qəzaya uğradığı yerdə dağıntılar altından 90 cəsəd çıxarılıb. Ölənlərin hansıların sərnişin, hansıların ekipaj üzvləri olduqları hələlik bəlli deyil.
Xatırladaq ki, iyunun 30-da İndoneziyanın Bunquran adasındakı hərbi bazadan qalxan “Hercules C-130B” təyyarəsi Medan şəhərində qəzaya uğrayaraq hotelin və ətrafdakı evlərin üzərinə düşüb. Təyyarədə 113 nəfər olub. Bunlardan 12 nəfərinin ekipaj üzvü, qalanlarının hərbçilər və onların ailə üzvləri olduğu bildirilir.