İŞİD Mosulda 36 nəfəri oğurladı

İŞİD qruplaşmasının silahlıları İraqın şimalında 36 dinc sakini oğurlayıb. APA-nın məlumatına görə, bu barədə EFE agentliyi özünün “Twitter”dəki səhifəsində yazıb.

 

Hadisənin Mosul şəhərində baş verdiyi bildirilir. Oğurlanan şəxslərin taleyi məlum deyil.

 

Digər tərəfdən, İŞİD Türkiyə sərhədinə yaxınlaşmaqda davam edir. Terror təşkilatı Türkiyə-Suriya sərhədinə minalar döşəyir. Türkiyə silahlı qüvvələri də yaxınlaşan İŞİD təhdidi səbəbindən sərhəddə təhlükəsizlik tədbirlərini ən yüksək səviyyəyə çatdırıb.  

Müəllif | Apa.Tv
Apa.tv