Samuxda minik maşını traktora çırpıldı: 2 ölü

Samuxda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə iyunun 30-da gecə saatlarında Qarayeri-Sarıqamış avtomobil yolunda qeydə alınıb.

 

Rayon sakini, Alim Kazımov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə hərəkətdə olarkən maşını eyni istiqamətdə hərəkətdə olan Vilayət Qasımovun idarə etdiyi “T-40” markalı traktorun qoşqusuna çırpıb. Qəza nəticəsində “VAZ-21015”-in sürücüsü yaralanıb, avtomobildə olan iki sərnişin isə ölüb.

 

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv