Barak Obama: "Məsuliyyəti İran daşıyacaq"

Avstriya paytaxtında BMT TŞ-nın beş daimi üzvü olan ölkənin və Almaniyanın İranla nüvə proqramı müzakirələrinin müddətini iyulun 7-nə qədər uzatmaq qərarına gəliblər.

 

APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, Vyanada ABŞ dövlət katibi Con Kerri ilə görüşünün nəticələri barədə Tehrana məlumat vermək üçün ölkəsinə gedən İranın xarici işlər naziri Cavad Zərif yenidən Avstriya paytaxtına dönüb.

 

Müzakirələrin nəticələri barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da açıqlama verib. Diplomat bildirib ki, danışıqlar prosesində bir neçə mərhələni aşıblar və tərəflər doğru yoldadırlar. Amma hələ də bəzi problemlər qalmaqdadır.

 

ABŞ prezidenti Barak Obama da prosesə münasibət bildirib. O deyib ki, qarşıda onları çətin müzakirələr gözləyir. Beynəlxalq birliyin ortaya qoyduğu şərtlərin yerinə yetirilib-yetirilməyəcəyinin məsuliyyətini İran daşıyacaq. Ağ Ev rəhbəri əlavə edib ki, əgər danışıqlarda İranın nüvə silahına sahiblənməsinə qarşı heç bir qərar çıxarılmasa, bu ölkə ilə müzakirələri kəsəcək.

 

Vyana müzakirələrində İranın nüvə proqramının  ixtisarı, bunun qarşılığında isə Tehrana qarşı tətbiq olunan sanksiyaların mərhələlərlə aradan qaldırılması razılaşdırılacaq. Amma hələ ki, yekun sazişin imzalanması uzanır.

Müəllif | Apa.Tv
Apa.tv