Xaçmazda traktorla minik avtomobili toqquşdu: 1 ölü, 3 yaralı

Bu gün Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Çarxı kəndi ərazisində keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, “VAZ-2106” markalı minik maşını traktora çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, 3 nəfər yaralanıb. 

 

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.

Müəllif | Apa.Tv
Apa.tv