Bakı və Abşeron yarımadasında küləkli hava davam edəcək

İyulun 2-də Bakı və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, şimal küləyi əsəcək, gündüz arabir mülayimləşəcək.

 

Havanın temperaturu gecə 22-26, gündüz 28-33 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir. 

 

Müəllif | Apa.Tv
Apa.tv