Ölkədəki iribuynuzluların 30 faizi xəstədi...
"Heyvanın ayağı tutulur, zəifləyir sonra da ölür. Baytarlar iynə vurur amma hec bir xeyri yoxdu".
Bu cür şikayətlər hər gün ölkənin müxtəlif bölgələrindən eşidilir. Mal-qara arasında yayılan bunyavirus xəstəliyi respublika üzrə iribuynuzlu heyvanların 30 faizinə yoluxub. Kənd Təsərrüfatı Nazirliyi xəstəliyə qarşı mübarizə aparmağa çalışdığı bir zamanda heyvanlar arasında ölüm halları azalmaq əvəzinə artır. Xəstəlik, xüsusən, Aran rayonlarında geniş yayılmaqla, ümumilikdə 35 rayonu əhatə edir. KTN mütəxəssisləri bildirib ki, bu virus mənşəli xəstəlik İngiltərə, Belçika, Almaniya, Fransa və bir çox Avropa ölkələrində yayılıb, insanların qidalanması üçün heç bir təhlükə mənbəyi olmayıb və insanların narahatlığına əsas yoxdur. Elə respublika baytarlıq idarəsi əməkdaşları da bu fikirdədirlər. Artıq bir neçə dəfə Baytarlıq İdarəsi rəsmiləri xəstə heyvanların ətinin yeyilməsində heç bir təhlükənin olmadığını deyirlər.
Kənd Təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov isə fərqli düşünür. Onun sözlərinə görə, bunyavirus xəstəliyinin 2009-2010 cu illərdə Çinin Xubey, Xenan vilayətlərində 171 adam arasında yayılıb və bu zaman ölüm halları qeydə alınıb.
Kənd Təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov APA TV-yə dedi ki, Çində və başqa ölkələrdə bu virus təhlükəli xəstəlik kimi qeydə alınıb. Məsələn Çində bu virusdan ölənlər də var. 36 nəfər dünyasını dəyişib. Virus insanlara xəstələnmiş heyvanlardan keçib.
Ekspetin sözlərinə görə, ən təhlükəli məsələ virusun heyvandan insana keçə bilmə ehtimalıdı. Bu virus mutasiya olunur, insan orqanizmində başqa formaya keçir. Yaxın zamanlarda yoluxmanın mənfi fəsadları özünü biruzə verəcək.
Vahid Məhərrəmov deyir ki , Vuris insana bir neçə yolla yoluxa bilər: heyvanın ətindən və südündən istifadə etməklə, mal-qaranın qanını sovuran ağcaqanadların insanı da sancması və qəssabın əlində zədə olması ilə.
İlkin məlumatlarda xəstəliyin daşıyıcısı ağcaqanad, digər qansoran həşəratlar hesab olunur. Lakin Azərbaycanda bu xəstəliyin mənbəyi hələ ki, tapılmır. Doğrudur, mənbə kimi gəmirici, daşıyıcılar kimi ağcaqanadların olduğu ehtimal olunur. Mənbələr sırasında quşlar da göstərilir.
Ölkəmizdə ət və ağartı məhsulları bazarında nəzarət olmadığından, bura təhlükə mənbəyi ola bilər. Xəstələnmiş və ya ölmüş heyvanların ətinin satışa çıxarılmayacağına inanmaq çox çətindir. Mütəxəsislər əhalini ət məhsullarından az istifadə etməyə və diqqətli olmağa çağırır.Azad İstehlakçılar birliyinin sədri Eyyub Hüseynov deyir ki, ölkəmizdə bazarlara çıxarılan ətlərin sanitar normalara cavab verilməsi ilə bağlı təəssüf ki, heç bir nəzarət sistemi qurulmayıb. Son zamanlar bazarlarda leş, at, ulaq və sair murdar sayılan ətlər satıldığının şahidi oluruq.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, Saatlı rayonundan fermerin yazılı müraciətində həyətində iribuynuzlu heyvan ölüb. Onun ətini itlərə verməyib ki, itlər xəstələnər. Amma leş yığan adamlar heyvanın ölüsünü ət satışı məntəqəsinə veriblər".
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyir ki, ölkədə fəaliyyət göstərən kolbasa sexləri ciddi nəzarətə götürülüb. Sexlər yalnız baytar nəzarətindən keçmiş ətlərdən istifadə edə bilərlər.
Qeyd edək ki, indiyədək 35 rayonda 224 min heyvan təhlükəli virusa yoluxub. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin son hesabatına görə, bunyavirusun nəticəsində 108 baş heyvan ölüb.