Həcc ziyarəti zamanı jurnalist fəaliyyəti ilə məşğul olmaq qadağan edildi

Səudiyyə Ərəbistanı Krallığı bu il Həcc ziyarəti zamanı jurnalistlərin Məkkəyə və Mədinəyə daxil olmasına məhdudiyyət qoyub.

 

QMİ-dən APA TV-yə verilən məlumata görə, həmin vaxt Azərbaycandan gedəcək zəvvarların jurnalist fəaliyyəti ilə məşğul olmasına qadağa qoyulacaq.

 

Səudiyyə Ərəbistanının Həcc Nazirliyi bildirib ki, peşəsindən asılı olmayaraq, hər bir müsəlman viza qaydalarına əməl etməklə yalnız zəvvar kimi ziyarətə gedə bilər. Krallıq Həcc ziyarəti zamanı hər hansı KİV-in çəkiliş aparmasına məhdudiyyət qoyub. Bu qərarın bölgədəki münaqişələrlə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində qəbul edildiyi bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv