Bibiheybətdə maşın dərəyə uçdu: 2 yaralı

Bakıda yol qəzası baş verib.  APA TV -nin məlumatına görə, hadisə Bakı-Salyan yolunun Səbail rayonunun Bibiheybət qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

 

“BMW X5” markalı maşın yoldan çıxaraq dərəyə yuvarlanıb. Nəticədə sürücü və maşında olan sərnişin xəsarət alıb.

 

Səbail DYP-nin baş inspektoru Asim Kərimov bildirib ki, BMW markalı 90 GU 025 dövlət nömrə nişanlı maşın idarəetməni itirərək qayadan yuvarlanıb: "Hadisə yerinə gələn FHN əməkdaşları bir qadın və bir kişini maşından çıxararaq aidiyyəti üzrə təhvil verib. Yaralılar xəstəxanaya yerləşdirilib".

 

APA TV-nin əldə etdiyi məlumata görə, sürücü Tərlan Yadigar oğlu Rzayevin, eləcə də qadın sərnişinin səhhəti qənaətbəxşdir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv