"KamAZ"ı insan kütləsinin üstünə sürdü - REAL GÖRÜNTÜ

Moskvada dəhşətli avtoqəza baş verib.

 

APA TV-nin məlumatına görə, Rusiya paytaxtının prospektlərindən birində hərəkətdə olan "KamAZ" markalı yük maşınının sürücüsü nəqliyyat vasitəsini yerüstü keçiddən istifadə edən insan kütləsinin üzərinə sürüb. Yalnız möcüzə nəticəsində ciddi xəsarət alan olmayıb.

 

Rusiya mətbuatının yazdığına görə, yük maşınının sürücüsü idarəetməni Ryazan prospektində itirib. "KamAZ" həddindən artıq sürətlə hərəkətdə olub.

Müəllif | Apa.Tv
Apa.tv